Tələbələr olaraq hər birimiz xaricə getmək arzusundayıq. Bəs bunu ən uyğun və ən rahat şəkildə necə edə bilərik? Cavab isə AIESEC təşkilatındadır. AIESEC dünyanın ən böyük tələbə gənclər təşkilatı  olub gənclərə xaricdə yeni insanlar tanıyarkən həm də unudulmaz təcrübə yaşadacaq bir platformadır. “Global Volunteer” təcrübə proqramı  ən önəmli fürsətlərdən biridir. Proqram  6-12 həftəlik bir müddəti əhatə edir. Layihələrdə iştirak edən gənclər turizm, mədəniyyət, təhsil və bunun kimi bir çox sahələrdə təcrübə keçirlər. Ümumi olaraq isə son 5 ildə 700-dən çox Azərbaycanlı gənc xaricdə təcrübə proqramında iştirak edib. Əminliklə qeyd edə bilərik ki, gəncləri xaricdə mübadilə proqramına yollamaqla bu sahədə tam təcrübə əldə etmişik. Siz də dünyagörüşünüzü artıraraq səyahət edərkən həm də təcrübə qazanmaq istəyirsinizsə bizə qoşulmağa tələsin!
Mobil:(+994) 051 540 40 84
facebook.com/rafik.alverdiyev
E-mail: rafik.alverdiyev@aiesec.net

Paylaş
Əvvəlki postAssistant to the Dean at ADA University

ŞƏRH YAZ