“Little Voice Azerbaijan” layihəsi yeni komanda üzvləri axtarışındadır!

– Layihə haqqında:
“Little Voice” layihəsi 9-15 yaş arası uşaqlara öz ideyalarını, hekayələrini və layihələrini bölüşməyə imkan yaradan platformadır. Layihənin əsas məqsədi uşaqlar üzərində intensiv çalışaraq onları daha yaxşı gələcək üçün həvəsləndirməkdir.

Keçən il noyabr ayında layihənin “Dünya uşaqları gözü ilə” adlı ilk tədbiri həyata keçirilmişdir. Tədbirdə 9 uşaq spiker bir-birindən fərqli mövzurlarla çıxışlar etmiş və dünya ilə bağlı fərqli düşüncələrini, ideyalarını auditoriya ilə bölüşmüşdür.
Bu tədbir onların mesajlarının ictimaiyyətə çatdırılması üçün şərait yaratdı. Eyni zamanda, uşaqların 3 həftə ərzində intensiv təlimlərə cəlb olunaraq, ictimai nitq, bədən dili və jestlərdən düzgün istifadə, ideyanın formalaşması və ifadə olunması kimi bacarıqlarının inkişafına təkan verdi.

– Komanda olaraq layihəni bu tədbir ilə tamamlamaq istəmirik, və yeni 2ci sezonu açıq elan etmək qərarına gəldik. Lakin komandamızın bu işdə bizə cani-könüldən yardım edəcək aktiv gənclərə ehtiyacı var.
Daha aydın desək, 3 nəfər təşkilati komanda üzvü və 3 nəfər təlimçi dəstəyinə ehtiyacımız var. İşlər əsasən nədən ibarətdir:

1) Koordinator. Əsas məsuliyyətli şəxs. Layihənin idarəolunması, bütün işləri nəzarətdə saxlamaq, təlimçilər və uşaqlarla mütəmadi olaraq əlaqə saxlamaq və s.

2) Tərəfdaşlar və sponsorların müəyyən olunması və onlarla danışıqların aparılması üzrə məsul şəxs.
Bu post üçün əsasən geniş şəbəkəyə malik, danışıqlar aparmaq, ünsiyyət qabiliyyəti yüksək olan şəxslərə ehtiyacımız var. Tədbirin və təlimlərin keçiriləcəyi məkan, uşaq spikerlərin müəyyən olunması üçün məktəblərlə əlaqə, sponsor və tərəfdaş təşkilatların cəlb olunması əsas öhdəliklərdir.

3) SMM. Tədbir öncəsi, tədbir ərzində və tədbir sonrası üçün PR strategiyasının hazırlanması və həyata keçirilməsi, postların və şəkillərin hazırlanması, emaillər göndərmək və gələn mesajlara cavab vermək.
Qeyd: Tədbir öncəsi və sonrası üçün tədbir haqqında qısa Promotion videolar hazırlamaq bacarığı arzuolunandır.

4) Təlimçilər. 4 həftə ərzində həftədə 2-3 dəfə olmaqla, qrupda 3 nəfərdən ibarət olan uşaqlara ideyanın formalaşması və ifadə olunması, ictimai nitq və bədən dili kimi mövzular üzrə intensiv təlimlər keçərək uşaqlarda bu bacarıqların inkişafına təkan vermək və final tədbirə hazırlaşdırmaq.

Qeyd edək ki, bu bir sosial layihədir və maddi gəlir əldə olunması nəzərdə tutulmur. Təşkilati komanda da könüllü əsaslarla formalaşacaq.

Əgər layihənin reallaşdırılmasında bizimlə birlikdə çalışmaq istəyirsinizsə, littlevoice.az@gmail.com ünvanına və yaxud səhifəmizin mesaj bölməsinə istək məktubunuzu göndərərək istəyinizi bildirə bilərsiz.

P.S. keçən ilki tədbirdən 1 saat yarımlıq çəkiliş videosu var, həmin videonu uşaqların çıxışlarına hissə hissə kəsib youtube kanalımızda paylaşmaq istərdik. Bu işdə bizə kömək ola biləcək bir şəxs tapsaq, çox sevinərik.

Bu postu paylaşaraq, bizə dəstək ola biləcək şəxsləri tapmaqda da yardımçı ola bilərsiz. Həmçinin əlavə təkliflərinizi də eşitməkdən məmnun olarıq!

ŞƏRH YAZ