Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) birgə əməkdaşlığı çərçivəsində “Təcrübə proqramı”na start verilir.

Təcrübə proqramında Respublikada fəaliyyət göstərən ali və orta ixtisas təhsil müəssisələrinin istənilən kurs tələbələri iştirak edə bilərlər. Proqramda iştirak etmək istəyən tələbələr online qeydiyat formasını dolduraraq qoşula bilərlər. 1 ay müddətində davam edəcək proqram çərçivəsində 15 tələbə İqtisadiyyat Nazirliyinin inzibati binasında təcrübə keçmək şansı əldə edəcəklər.

Təcrübə proqramına seçim iki mərhələdən ibarət olacaq. Birinci mərhələ qeydiyyat, ikinci mərhələ isə seçilmiş tələbələr ilə aparılacaq müsahibə yolu ilə baş tutacaq.

 

Qeydiyyat: goo.gl/pvNUks

Son qeydiyyat tarixi: 11 mart 2018

Ətraflı məlumat üçün: (+99412) 493-96-24

ŞƏRH YAZ