HDN Group müxtəlif sahələrdə (Təhsil, maliyə, tədbir təşkilatçılığı) fəaliyyət göstərən şirkətlərdən ibarətdir. Yerli və xarici birçox tərəfdaş ilə çalışan HDN Group fəaliyyəti ərzində 10 minə yaxın müştəri ilə təmasda olmuşdur. Missiyası ölkənin təhsil və maliyyə sistemində olan boşluqları doldurmaqdır.

Vəzifə öhdəlikləri:
– Müştərilərin qəbul edilməsi və qeydiyyat işləri;
– Müştəri əlaqələrinin davamlı aktiv tutulması;
– Gündəlik zəngləri və e-poçtları qəbul etmək və cavablandırmaq;
– Korporativ e-poçt mətnlərinin hazırlanması;
– Zənglərin, müştəri məlumatlarının qeydiyyatı və yenilənməsi;
– Dataların toplanması;
– Müştəri məmnuniyyəti üçün təcrübi faktların hazırlanması və rəhbərliyə təqdim edilməsi;
– Gündəlik hesabatların hazırlanması.

Namizədə olan tələblər:
– Ali təhsil;
– Sürətli düşünmə və analitik cavab vermə bacarığı;
– Axıcı danışıq qabiliyyəti;
– Peşəkar formada e-poçt yazma qabiliyyəti;
– Azərbaycan və rus dillərində sərbəst yazı və danışıq bacarıqları;
– MS Excel, Word, Outlook kimi proqramlarda bəsit əməliyyatlar aparma bacarığı;
– Yaş məhdudiyyəti: 20-30 yaş;
– Cinsiyyət: Hər ikisi.

Göstərilən tələblərə uyğun namizədlər öz CV-lərini mövzu hissəsinə mütləq “Receptionist” qeyd etməklə (əks halda müraciətlərə baxılmayacaq) cv@hdn-group.com elektron ünvanına göndərə bilərlər.

ŞƏRH YAZ