YARAT Mərkəzinin qonağı – radio və televerilişlərin aparıcısı Nurlana Cəfərova olacaq.

17 yaşından Azad Azərbaycan televiziyasının 106.3 FM radiosunda işə başlamış, daha sonra fəaliyyətini 106 FM radiosunda və televiziya efirində davam etdirib.
ATV-də çalışdığı 10 il ərzində 4 televiziya və 10-larca radio verilişlərin aparıcısı və müəllifi olub. 2013-2016-cı illər ərzində 106 FM-in direktoru vəzifəsində çalışıb.
Hal-hazırda Azərbaycan Televiziyası, Mədəniyyət Kanalı və İdman Azərbaycan televiziyasında müxtəlif verilişlərin aparıcısıdır. Həmçinin Musiqi və Əyləncəli proqramlar redaksiyasının baş redaktorudur.
Nurlana Cəfərova yaradıcılıqla da məşğul olur. O, çoxsaylı şeirlərin müəllifidir və hazırda kitab yazır.

Tarix: 16 Noyabr, saat 19:00
Məkan: YARAR Müasir İncəsənət Mərkəzi
Giriş sərbəstdir

ŞƏRH YAZ