Bu seminarda danışılacaq mövzular təcrübi dizayn təliminə əsaslanır. Mərkəzi İstanbul olmaqla Türkiyənin bütün şəhərlərində və xaricdə bir çox ölkədə təlimlər 20 ilə yaxın müddətdir ki, keçirilir.

Bu seminarın həyata keçirilməsi üçün planlanan vaxt 1 saat yarımdır. Gündəlik həyatda qarşılaşdığımız müxtəlif problemlərlə və təcrübi dizayn təlimi ilə əlaqədar ümumi məlumatlar veriləcək. Verilən məlumatlar tutarlı, faydalı, anlaşıqlı və tətbiq oluna bilən bilgilərdir.

Davam etmək istəyənlər olarsa, 8 və 12 günlük proqramlar mövcuddur. Təlimçilər xaricdən və Türkiyədən gəldiyi üçün ona uyğun təqvim qurulacaq.

Təlimçi: Necla Kadıyoran, təcrübi dizayn təliminin müəllimi

Təlimçi haqqında: Necla Kadıyoran ” Dönüşüm Konağı Başarı Psikolojisi Enstitüsü”ndə Praktikant, Magistr və Dizayner programlarını bitirib. Hal hazırda İstanbulda və başqa vilayətlərdə Ünsiyyət Ustalığı, Uğurun Psixologiyası, Ailədə Hüzur və Siqareti Tərgitmə Proqramı seminarları verməkdədir.

Tarix: 1 noyabr
Saat: 16:30 – 18:00
Yer: Humel Psixoloji Mərkəzi
Seminar ödənişsizdir
Qeydiyyat üçün əlaqə nömrəsi: +994504419255
Whatsapp: +994504419255

ŞƏRH YAZ