Cəfər Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrı

Ssenari müəllifi və quruluşçu rejissor: Elvin Mirzəyev
Rəssam: Məhsəti Eldarova
Bəstəkar: Cavanşir Quliyev
Plastika: Zaur Əliyev

Tamaşanın müddəti: 2 saat 20 dəqiqə
Tamaşa Azərbaycan dilində nümayiş olunacaq.

İki qadın, iki dünya, iki əks qütb… həyat onları birgə yaşamağa vadar edir. Bir kişinin iki arvadı. Onlar bir-birinə rəqib deyil, düşməndi. Hər ikisi ərinə nifrət edir, amma bir dam altında yaşamaq onlara çox şey öyrədir. Hər tərəf müharibə, ölüm, dağıntı olanda, qaçmağa bir yerin olmayanda bir çox şeyləri anlamaq olur.
Məryəm qeyri-rəsmi nikahdan doğulan, kasıb daxmada böyümüş, sonradan özündən 30 yaş böyük olan çəkməçi bir kişiyə məcburən ərə verilmiş, ailə xoşbəxtliyindən, dünyaya uşaq gətirmək sevincindən məhrum olunmuşun birisi. Leyla nəcib, savadlı ailədən, uşaqlıqdan sevgi və nəvazişlə böyüyən, özü də sevən və seviləndir. Ölkəni bürüyən müharibə alovu onların yaşadığı şəhəri gözləri önündə tədricən dağıdır, aclıq, səfalət baş alıb gedir. Amma iki qadın xoşbəxtliyə yenə də can atır və ümidlərini itirmir.

Tarix: 26 oktyabr, saat 19:00
Məkan: YARAT Müasir İncəsənət Mərkəzi (Bayıl qəsəbəsi, Dövlət Bayrağı Meydanının yaxınlığı)
Giriş sərbəstdir

ŞƏRH YAZ