MilliByte İnformasiya Texnologiyaları Mərkəzinin İT Layihələr şöbəsi üzrə veb və proqramlaşdırma sahəsi təcrübə keçmək istəyən tələbələri aramıza dəvət edirik!
Tələblər:
İnformasiya texnologiyaları sahəsi üzrə fundamental biliklərin olması kifayətdir.
**İT yönümlü ixtisaslarda təhsil alması arzu olunandır.
Proqramlaşdırma dillərindən hər hansı üzrə baza məlumatın olması arzu olunandır.
İdarəetmə qabiliyyəti olan, ünsiyyətdən çəkinməyən fərdlərə üstünlük veriləcəkdir.
Ən əsası: Gülərüz, dinamik və kod yazmağı sevən, İT sahəsinə həvəsi yüksək olan fərdlər axtarılır
Yer sayı məhduddur. Qəbul forması müsahibə əsasında baş tutacaq.
Qeyd: Təcrübəyə qəbul olunan namizədlər müvafiq təlimlərimizdən PULSUZ və Yüksək faizli endirimlərlə yararlanma imkanı əldə edəcəkdir.
Təcrübə müddəti il sonuna qədər davam edəcəkdir. Müraciət etmək istəyənlər öz CV-lərini info@millibyte.az ünvanına göndərmələri xahiş olunur. Subject bölümündə
“Payız Təcrübəsi” qeyd etməyi unutmayın.

 

Konuşma Sonu
Bir mesaj yaz…
 

ŞƏRH YAZ