4 oktyabr tarixdə YARAT Müasir İncəsənət Mərkəzində “Rəssamla tanışlıq” layihəsi çərçivəsində növbəti qonaqlarımız tanınmış kukla üzrə rəssamlar İrina Qundorina və Pərviz Hüseynov olacaqlar. Rəssamlar öz yaradıcıqlarından söhbət açacaqlar, kukla sənəti tarixindən danışacaqlar və gələcək layihələrində tədbir iştirakçılarına xəbər verəcəklər.

Pərviz Hüseynov və İrina Qundorina Azərbaycan Rəssamlar İttifaqının üzvləridir, dəfələrlə beynəlxalq sərgilərin nominantları və laureatları olublar. Rəssamların “Səyahət 2” əsəri “Bədii kukla sənəti sahəsində Azərbaycanla Rusiya arasında mədəni əlaqələrin möhkəmləndirilməsinə görə” (Sankt-Peterburq) və dünya şöhrətli “Vaxtanov” kukla qalereyasından (Moskva) “Kukla sənətinin inkişafı və təbliği üzrə peşəkar və yaradıcı fəaliyyətə görə” mükafatlara layiq görülüb. Moskvanın müstəqil “Dollplanet” portalının “Fantasmaqoriya” nominasiyasında birinci mükafatını qazanıblar. Azərbaycan Kütləvi İnformasiya Vasitələri İşçiləri Həmkarlar İttifaqı tərəfindən Azərbaycan incəsənətinə, xüsusilə kukla sənətinə verdikləri töhfələrə görə “Qızıl əllər” fəxri mükafata layiq görülüblər. “Bakı küləyi” və “Fusion Doll” Bakı Biennalesi beynəlxalq layihələrin müəllifləri. Azərbaycanda ilk dəfə olaraq kukla sənətinin art, konsepsiya və biopank kimi istiqamətlərinin nümayiş olunduğu Muzey Mərkəzinin “Caz üslubunda kuklalar” fərdi sərgisinin iştirakçılarıdırlar.

Tarix: 4 oktyabr, saat 19:00
Giriş sərbəstdir

ŞƏRH YAZ