“HEADWAY Language & Development” tədris mərkəzi “General English Teacher” vakansiyalarını elan edir!
Aşağıdakı tələblərə uyğun gələn namizədlər CV-lərini info@headway.az elektron poçtuna göndərə bilərlər.

Tələblər:
-Yaş həddi – 20-45;
-İngilis dili ixtisası üzrə ali təhsil (qeyri ixtisas məzunları da müraciət edə bilər);
-Təhsil sahəsində iş təcrübəsi (minimum 2 il);
-IELTS, TOEFL, TESOL sertifikatları üstünlükdür;
-Dil bacarıqları – Azərbaycan və İngilis dillərini mükəmməl səviyyədə bilməli (rus dili biliyi əlavə üstünlükdür);
-Kompyuter bacarıqları (orta səviyyə);
-Məsuliyyət, punktuallıq, ünsiyyət bacarığı və yaradıcılıq xüsusiyyətləri vacibdir.

İngilis dili müəlliminin iş öhdəlikləri:
Tədris mərkəzi tərəfindən müəyyən olunmuş proqram əsasında ingilis dili dərslərinin aparılması;
Proqram çərçivəsində dərslərin planlaşdırılması, təşkili və aparılması;
Tələbələrin fəaliyyətinə vaxtında və tam nəzarət edilməsi;
Tələbələrin nəaliyyətlərinin ölçülməsi və qiymətləndirilməsi;
İnnovativ tədris metodlarının araşdırılması və tədbiq edilməsi.

İş vaxtları:
Gündəlik 8-9 saatlıq iş rejimi
Həftənin 3 (part-time) və ya 6 (full-time) günü

İşə qəbul müsahibə, imtahan və açıq dərs yolu ilə həyata keçirilir.
Əlavə məlumat üçün əlaqə nömrələri:
012 599 04 16
055 494 04 16

ŞƏRH YAZ