Beynəlxalq İngilis dili İmtahanı Sistemi (IELTS) Britaniya, Avstra- liya, Yeni Zelandiya və Kanada universitetlərinə, eyni zamanda ikinci dərəcəli, əlavə peşə yönümlü təlim proqramlarına girişi təmin edən əsas vasitədir. Qeyd etmək lazımdır ki, hal-hazırda Amerika universitetləri də IELTS nəticələrini yararlı hesab edir.
Ümumiyyətlə, IELTS imtahanları- nın keçirilməsi ingilis dilinin əsas ünsiyyət vasitəsi olduğu ölkələrdə təhsil almaq və ya işləmək istəyən savadlı kadrların dil bacarıqlarını qiymətləndirmək üçün nəzərdə tutulmuşdur. Belə ki, testlər bütün ölkələrdə rəsmi şəkildə tanınmış orqanlar, yəni Test Mərkəzləri tərəfindən aparılır. Hal-hazırda 120-dən çox ölkədə fəaliyyət göstərən Test Mərkəzlərinin ümumi sayı 130-dan çoxdur.
Beynəlxalq İngilis dili İmtahanı Sistemi 9 ballıq sistem əsasında fəaliyyət göstərir. Maksimum nəticə olan 9 balı toplayan tələbə isə yüksək ixtisaslı və savadlı olan ingilis dilinin milli daşıyıcı- sına bərabərdir. Bu imtahanda 4 bölmə üzrə biliklər yoxlanılır: Oxu, yazı, danışıq və dinləmə. Lakin bu biliklərin hamısının akademik səviyyədə olması zəruridir.
Ümumiyyətlə, bakalavr pilləsində olan tələbələr üçün 5.5 balın olması onların universitetə daxil olması üçün kifayətdir. Magistr pilləsində olan tələbələr üçün isə 6.5 bal tələb olunur. Bununla yanaşı, namizədlər IELTS imtahan- larında iştirak üçün ödəmə etmək məcburiyyətindədirlər. Bu imtahanın qiyməti hər ölkədə fərqlidir. Ancaq orta hesabla imtahan 160 dollardır. Xarici Dil Qismində İngilis dili Testi (TOEFL) – ana dili ingilis dili olmayan şəxslərin bu dil üzrə bacarıqlarını və təcrübə dərəcəsini müəyyənləşdirməyə xidmət edən standartlaşdırılmış test sistemidir. Amerikada və Kanadada mövcud olan təxminən 2400 ali təhsil mərkəzinin, demək olar ki, hamısı hər bir namizəddən TOEFL imtahan nəticəsini tələb edir. Bu test sistemi, eyni zamanda ingilis dilinin əsas mövqe tutduğu digər ölkələrin təhsil ocaqlarında da geniş şəkildə istifadə olunur. Bunu da qeyd etmək lazımdır ki, TOEFL sistemi Şimali Amerika ingilis dilinin qavranması və yoxlanılması baxımından da çox əhəmiyyətlidir.
TOEFL imtahanı kompüter vasitəsilə həyata keçirilir. TOEFL imtahan sistemi məktəbdə və ya kollecdə aparılan imtahanlardan tamamilə fərqlidir. Əvvəla, burada nə sual ki- tabçası, nə cavab kartı, nə də digər imtahanlarda rastlaşdığımız eyni tipli suallar vardır. Bundan əlavə, suallara cavab verməmək kimi bir seçim şansı da yoxdur.
TOEFL sisteminə kimlər nəzarət edir? TOEFL test sistemi Amerika Təhsil Xidməti (ETS) tərəfindən həyata keçirilir.Yəni bu xidmət su- alları müəyyənləşdirir, testləri tərtib edir və hər bir iştirakçıya imtahan nəticəsi haqqında məlumat verir. TOEFL imtahan sistemi nə vaxt həyata keçirilir? Kompüterə əsaslanan TOEFL imtahan sistemi bütün il ərzində keçirilir. Digər im- tahanlardan fərqli olaraq, burada imtahan gününü və saatını özünüz müəyyənləşdirə bilərsiniz. İmtahan həftənin beş günü (şənbə və bazar günləri istisna olmaqla), gündə iki dəfə olur və təxminən 4 saat davam edir. TOEFL imtahanında heç bir yaş məhdudiyyəti yoxdur və yararlılıq müddəti iki ildir. IELTS yoxsa TOEFL? IELTS və ya TOEFL akademik ingilis dili üçün lazımdırmı? Sizə Şimali Amerikada və yaxud Britaniyada danışılan ingilis dilinin hansı biri daha rahatdır? İngilis dilinin Britaniya versiyasında (British English – və ya Australian English) təcrübəniz daha çoxdursa, IELTS imtahanını seçin, çünki onun lüğət tərkibi və aksentləri Britaniya versiyasına daha yaxındır. Çoxlu Hollivud filmləri izləyirsinizsə və Amerikan idiomlarını sevirsinizsə, TOEFL-ı seçin, çünki o, Amerikan ingilis dilindədir. Lüğət və idiomatik ifadələr baxımın- dan Şimali Amerikada və yaxud Britaniyada danışılan ingilis dilinin hansı biri daha rahatdır?
Eyniliklə yuxarıdakı kimi: Britaniya versiyası üçün IELTS, Amerikan ingilis dili üçün isə TOEFL.
Kompüterdə sürətli yaza bilirsinizmi? TOEFL imtahanında esseləri kompüterdə yazmaq tələb olunur. Əgər kompüterdə sürətli işləməyi bacarmırsınızsa, IELTS imtahanını seçməyiniz məsləhətdir, çünki bu- rada esselər kompüterdə deyil, əllə yazılır.
İmtahanı mümkün qədər tez bitirməkmi istəyirsiniz? Əgər imtahan zamanı stress yaşayır və onu mümkün qədər tez başa çatdırmağa çalışırsınızsa, bu mənada IELTS və TOEFL arasında seçim etmək asandır. TOEFL imta- hanı təxminən 4 saat davam etdiyi halda, IELTS nisbətən daha qısa – təxminən 2 saat 45 dəqiqə davam edir. Lakin yadda saxlayın ki, daha qısa olmaq heç də həmişə daha asan olmaq demək deyildir!
Müxtəlif tipli suallarla işləməyi sevirsinizmi? TOEFL imtahanı, demək olar ki, tamamilə çox variantlı suallardan ibarətdir. IELTS imtahanında isə çox variantlı suallar, boşluğun doldu- rulması, uyğunluğun tapılması və s. kimi müxtəlif suallar olur. Əgər çox variantlı suallarla işləməyi sevmirsinizsə, TOEFL imtahanı sizlik deyil.
Qeyd götürməyi bacarırsınızmı? Qeyd götürmək bacarığı istər TOEFL, istərsə də IELTS imtahanında çox vacibdir. Lakin TOEFL imta- hanında daha vacibdir. Xüsusən də, dinləmə bölməsində uğurunuz qeyd götürmə bacarıqlarınızdan asılıdır, çünki uzun bir bölməni dinlədikdən sonra suallara cavab verməlisiniz. IELTS imtahanında isə sualları dinlədikcə cavab vermək tələb olunur.
ALLMAG 2014

ŞƏRH YAZ