İqtisadiyyat, maliyyə və ya biznesin idarə olunması sahəsində ali təhsilli, maliyyə və ya mühasibatlıq sahəsində minimum 1 il iş təcrübəsi olan namizədlər işlə bağlı müraciət edə bilərlər. İşlə bağlı son müraciət tarixi iyun ayının 7-dir.      

 Vəzifə öhdəlikləri:

– Şirkət büdcələrinin təhlil olunması və xərclərin büdcələrə uyğunluğunun monitorinqini zamanı hesabatların hazırlanmasında menecerlərə yaxından kömək etmək

– Nəğd vəsaitlərin hərəkətinə dinamik nəzarət zamanı geniş bazalı məlumatların toplanması və təhlili

– Xərclərdə israfçılığın qarşısını almaq məqsədiylə biznes proseslərdə təsdiq və nəzarət baxımından çatışmazlıqların müəyyən edilməsi, məlumatların toplanması və analiz edilməsi

– Maliyyə hesabatlarının hazırlanması, maliyyə göstəricilərinin analitikası.

Namizədə tələblər:

– İqtisadiyyat, Maliyyə və ya Biznesin İdarə olunması sahəsində ali təhsil

– ACCA , CIMA CFA üzrə biliklər,

– Ümumi IFRS-i biliyi

– Maliyyə və ya mühasibatlıq sahəsində minimum 1 il iş təcrübəsi

– Güclü analitik qabiliyyət və riyazi düşüncəyə malik olması;

– Problemlərin həll etmə bacarığı;

– Dəqiqlik, detallara diqqət yetirmək qabiliyyəti;

Əmək haqqı: Namizəddən asılı olaraq müəyyən ediləcək.

Maraq göstərən şəxslər CV-lərini “mövzu” yerinə “Maliyyə Analitiki” sözünü qeyd etməklə cv@veyseloglu.az mail adresinə göndərə bilərlər.

ŞƏRH YAZ