Limanda həyata keçirilən əməliyyatları və liman idarəçiliyinin müxtəlif sahələrinə cəlb olunmuş təxminən 600-dən çox peşəkar Bakı Limanı üçün işləyir. Biz sağlam və təhlükəsiz iş mühiti, karyera yüksəlişi, təlim və peşəkar inkişaf imkanları təklif edirik və bərabər imkanlar təklif edən işə götürənlər kimi, bərabərlik və müxtəliflik dəyərlərinə sadiqik.

Məqsədimiz dünya miqyaslı şirkət – Avrasiyada nəqliyyat və logistika mərkəzinə çevrilmək və ən təkmil təcrübələri ölkəyə gətirməkdən ibarətdir.

Öz Tərcümeyi-halınızı gələcək imkanlar üçün HR@portofbaku.com email ünvanına göndərməyinizi xahiş edirik.

«Bakı Beynəlxalq Dəniz Ticarət Limanı» QSC

Təcrübə Proqramı

SAHƏLƏR: İnsan Resursları, Riskin idarəedilməsi, Tədiqat və təhlil, Sənədlərlə iş, Yükaşırma əməliyyatları, Protokol, Keyfiyyətin idarəedilməsi, Beynəlxalq əlaqələr, İstismar xidməti sahəsi.

Ödənişsiz

Tələblər:

Dil bilikləri: Azərbaycan – Sərbəst

İngilis dili – Sərbəst

Rus dili – Arzuolunandır

Təhsili: Minimum bakalavr (3-cü kursu bitirən tələbələr)

Kompüter bacarığı: MS proqramlarında işləmə bacarığı

Digər səriştəlikləri:

Ünsiyyətcil
Təşəbbüskar
Öyrənməyə və inkişafa meyilli

İş yeri: Baş ofis: Üzeyir Hacıbəyov küç 72 və Əsas yük terminalı (Bulvar)

İş qrafiki: Baş ofis saat 09:00-18:00, terminal saat 08:00- 17:00

Təcrübə müddəti: 3 aya kimi

Təcrübə proqramını uğurla bitirmiş hər bir şəxsə sertifikat təqdim edilir.

Eyni zamanda təcrübə proqramını uğurla başa vurmuş şəxslərə işə qəbul zamanı üstünlük verilir.

Maraqlananlar mövzu yerinə təcrübə keçmək istədiyi sahəni və təcrübəyə başlaya biləcəyi tarixi qeyd etməklə hr@portofbaku.com ünvanına CV göndərə bilərlər.

ŞƏRH YAZ