– 2-ci evini sosial media sayan, bu işi həqiqətən sevən
– Hisslərini, fikirlərini yazaraq ifadə etməyə üstünlük verən
– Azərbaycan dilindən başqa daha bir dildə əla yaza bilən
– Hər gün yeni şeylər oxuyan, öyrənən
– Məsuliyyətli (!)
– Araşdırmaçı ruhlu
– son oxuduğunuz kitab? sualına Mümin Sekmanın “Hər şey seninle başlar” kitabı cavabını verməyən
– Dizayn, musiqi, kitab, film zövqü olan

civə komanda yoldaşı axtarırıq. Freelance yox, tam və ya yarım iş günü ola bilər. Bizimlə çalışmaq istəyən xanımlar və cənablar, 20 Aprel tarixinə qədər vacancy@brandup.az ünvanına “SMM specialist” başlığı ilə özünüz haqqında yazın. CV göndərməyin. Nə var onu yazın, marağımızı cəlb edənlərlə mütləq görüşəcəyik. Əməkhaqqı müsahibədə danışılacaq. Xahiş edirəm, bu mövzuda inboxa yazmayın. Nə özü haqqında maraqlı yaza bilməyənlər bizə uyğundur, nə də biz onlara. Uğurlar!

ŞƏRH YAZ