Əgər sizə özünüz yox, başqaları “Peşəkar SMM Menecer” deyirsə və bu adamların sayı çoxdursa, deməli Turizm.Az şirkətində sizin üçün iş var. Ancaq onu deyim ki, Azərbaycan və Rus dillərində əla səviyyədə yazmaq və oxumaq vacibdir. Özünüz də bilirsiniz ki, Azərbaycanda yaşayan müştərilərin təxminən 50%-i Azərbaycan, 45%-i Rus, 5%-i isə İngilis dilində yazır şirkətə. 5%-ə görə vacib tələb kimi qoymuruq İngilis dilini, amma onu da yaxşı bilsəniz sevinərik. Müştəri hansı dildə yazırsa, o dildə də cavab verməliyik. Müştəri həmişə olmasa da, əksəriyyət vaxt haqlıdır.

P.S. Əgər bu vakansiya sizə maraqlıdırsa, email başlığında “SMM Menecer” yazmaqla öz CV-nizi hr@turizm.az email-nə göndərin zəhmət olmasa. Əgər siz əlavə olaraq qrafik dizayn və videoqraflıq qabiliyyəti olan universal SMMçisinizsə, portfolionuzu da bizə göndərməyi unutmayın. Maaş təcrübənizə və nailiyyətlərinizə görə müsahibə zamanı deyiləcək. Axı Siz hamı aldığı maaşdan almamalısınız. Axı siz fərqlisiniz.

 

ŞƏRH YAZ