Motivasiya insanı hərəkətə gətirən düşüncələri, ümidləri, inamları, arzu, tələbat və qorxularıdır.
Frederik Vinslov Taylorun “Scientific Managment” nəzəriyyəsinə əsasən işçi personalın məhsuldarlığının artırılmasına nail olmaq üçün əsas üsullar iqtisadi və həvəsləndirmək üsullarıdır.
Lakin yanaşmalar insandan-insana dəyişir.
Motivasiya birbaşa olaraq insan münasibətlərinə də təsir edir.

Bizim fərdi motivasiyamızla ümumi çalışdığımız və ya yaşadığımız cəmiyyətin motivasiyası fərqli ola bilər mi?
Cəmiyyətin, bir qrup insanın motivasiya olunması mümkündür mü?
Motivə etmək bizim nə işimizə yarayır?
Başqası trərəfindən motivasiya olunma mümkündür mü?
Motive etmə bacarıqlarımız hansı səviyyədədir?
Həyata baxış bucağımız necədir? Bunun fərqindəyik mi?
Təlim ərzində iştirakçılar bu suallara cavab tapacaq.

Təlimçi: Malik Bağırov – 2011-ci ildən Təlimçilik fəaliyyəti göstərir. Bir çox təlim və seminarların təlimçisi və təşkilatçısı olmuşdur. Bu günə qədər 30-dan çox layihələrin idarəetməsi ilə məşğul olub. Təqdimatların hazırlanması və təqdimatı üzrə Malayziyanın Taylor`s Universitetinin sertifikatını əldə edib. Hal-hazırda Bakı Marşal Klubunda tədbirlərin təşkili üzrə mütəxəssis vəzifəsində çalışır. Bununla yanaşı Branding sahəsi üzrə də Dizayner kimi fəaliyyət göstərir. Yüngül atletika ilə məşğul olur. Həyat devizi: “əsas məsələ insanın özünə yalan danışmamasıdır”

Qeydiyyatdan keçmək üçün linkə daxil olun:
http://ireli.az/irəli-2017-ci-il-ucun-planlarini-aciqladi/elanlar/

ŞƏRH YAZ