Gələcəkdə “Təcrübəm yoxdur deyə, iş tapa bilmirəm” deyənlərin nəzərinə!

Qolları güclü, ayaqları möhkəm, canı sulu, zehni açıq, zəkası parlaq və ağlı iti olan və həmçinin, marketinqə yaxın olan tələbələr axtarılır. İntern keçmək üçün iş saatlarını tədris vaxtlarına uyğun müəyyən edə bilərik.

Özümüz 8-dən 8-ə kimi işləyirik. İnsanın aldığının dəyəri, verdiyinin dəyəri ilə ölçüldüyü üçün bizə də, işdən qorxmayan biriləri lazımdır ki, rahat yükləyə bilək?

Müəyyən tələbəlik dövrü xərclərini də qarşılaya biləcəyik. Şəhər kafelərini və dükanlarını əvvəlkinə nisbətən, daha tez-tez ziyarət edə biləcəklər?

5 nəfərə qədər 3-cü kurs (əsgərliyə getməsə 4cü kurs tələbəsi də uyğundur) tələbələrini intern keçmək (ödənişli) imkanı var.

Kurs yox, həqiqi döyüş meydanı?

Özünə inananları 6 aya YERLİ İSTEHSALAT MARKETİNQİ ÜZRƏ AKULA edəcəyik… Yetər ki, gözlərində alov olsun və postun əvvəlində yazdığım şərtlərə cavab versin..?

Xarici dil tələblərimiz yoxdur!

Dəyərləndirmə cinsə görə yox, şərtlərimizə uyğun aparılacaq!

Hadi göreyim sizi!?

Məlumatlar buraya: novruzrustamov@gmail.com

ŞƏRH YAZ