Caspian PlatForum növbəti ictimai mühazirəni elan edir. Bu dəfə “APA Holdinq” prezidenti Vüsalə Mahirqızı “Yeni medianın trendləri: media şirkətlərin perspektiv inkişaf strategiyaları, sosial şəbəkələrə inteqrasiya ” adlı mühazirədə Azərbaycanda yeni media trentləri ilə bağlı müşahidə və təcrübəsini tələbə və gənclərlə bölüşəcək.

Mühazirə giriş hissəsindən və sual-cavab hissəsindən ibarət olacaq.

Giriş sərbəstdir.

Ünvan: Cəfər Cabbarlı küçəsi, Caspian Plaza, 1-ci blok, 8-ci mərtəbə.

Vüsalə Mahirqızı Bakı Dövlət Universitetinin məzunudur. Azərbaycan Mətbuat Şurası İdarə Heyətinin üzvüdür. 22 iyul 2010-cu ildə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə “Əməkdar Jurnalist” fəxri adına layiq görülüb. 22 iyul 2012-ci ildə Azərbaycan Mətbuat Şurasının təsis etdiyi Ali Media Mükafatına layiq görülüb.

Hazırda APA, “APASport”, “Lent.Az”, “Vesti.az” agentliklərinin, APA TV online kanalının, “APA Servis” və “APAMark” şirkətlərini özündə birləşdirən APA Holding MMC-nin prezidentidir.

 

ŞƏRH YAZ