Sizi 5 mart saat 15:00 – da “1 İnci Psixoloji və Fərdi İnkişaf Mərkəzində” olacaq “Danışan Əllər” təliminə dəvət edirik.
Yerlər məhduddur (25nəfər)
Təlim ödənişsizdir.

*Təlim ərzində siz işarət dili haqqında ilkin ətraflı məlumatları alacaqsınız.

*Təlimdə siz işarət dilində sadə sözlərin öyrənmə metodalarını, eşitmə və danışma məhdudiyyətli insanlarla davranış və onları anlama yollarını öyrənəcəksiniz. Məqsədimiz eşitmə və nitq qüsurlu insanların dilini öyrədərək onları və dünyalarını daha yaxşı başa düşmək və əlimizdən gəldikcə onlara dəstək ola bilməkdir.

*Təlimin gedişatında təlimçimiz Nuranə Abıyevanın işarət dilində bir neçə nümunə videolarını da izləyə biləcəksiniz.

*Bundan əlavə dünyanın digər ölkələrində çəkilən işarət dili haqqında bir neçə video çarx izləmək şansınız da olacaq.

Təlim 1,5 saat davam edəcək

Ünvan: İçərişəhər m/s, Şeyx Şamil küçəsi 33, Təzəbəy hamamı ilə üzbəüz.
Qeydiyyat üçün aşağıdakı nömrələrlə əlaqə saxlayın:
(055) 381-30-06
(055) 881-98-89
(012) 492-74-08

ŞƏRH YAZ