MİL Şəbəkəsi öz üzvlərini və mövzu ilə maraqlanan hər kəsi “Özünüinkişaf və NLP” təliminə dəvət edir!

Əgər siz:
– auditoriya qarşısında mükəmməl nitq söyləmək
– dinləyicilərə təsir etmək, onları inandırmaq
– kütləyə təsir və sərbəst çıxış texnikalarını öyrənmək
– bədən dilini oxumaq
– NLP (Neyro-Linqvistik Proqramlaşdırma) ilə mükəmməl ünsiyyət qurmaq
– insanların xarakterini müəyyən etmək
– vaxtınızı saniyəbəsaniyə idarə etmək

İSTƏYİRSİNİZSƏ, “Özünüinkişaf və NLP” təlimində sizi gözləyirik!

Təlimçi: Sənan Nəcəfov
2006-2009-cu illərdə Çexiyada Brno Texniki Universitetində magistratura pilləsində təhsil alıb. 2013-cü ildə Mind Training İnstitutunun NLP Diploma, NLP Practitioner mərhələlərində, London PR Akademiyasında kursda olub. Beynəlxalq MTİ sertifikatlı Yaşam Kouçudur. Bakı, Sumqayıt, Mingəçevir, Gəncə, Şirvan, Quba, Qəbələ, İsmayıllı, Sabirabad, İmişli, Saatlı, Masallıda böyük auditoriya toplamış təlim, seminar və master klasslar keçib.

Giriş sərbəstdir.
Ünvan: Human Capital Consulting ofisi (Caspian Plaza, 1-ci korpus, 8-ci mərtəbə)
Təlimin müddəti: 04 mart, 14.30-17.30 (Çay-qəhvə fasiləsi)

ŞƏRH YAZ