Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutu pedaqoji ali məktəblərdə təhsil alan IV kurs bakalavr və magist tələbələri üçün “Peşəkar ol” proqramına iştirakçı seçimi elan edir.

Qeydiyyatdan keçən və proqrama seçilən tələbələr “Şagird-müəllim münasibəti”, “Hiperaktiv uşaqlarla davranma metodu”, “İKT-nin təhsilə tətbiqi”, “Pedaqoji valeologiya”, “Dərsin planlaşdırılması”, “Auditoriya ilə iş” və s. mövzuda seminarlarda iştirak edəcəklər. İki ay davam edəcək proqramı uğurla bitirən iştirakçılara sonda sertifikat veriləcək.

Qeydiyyat 2 mart saat 10:00-a qədər davam edir. Yerlər məhduddur.

QEYDİYYAT

ŞƏRH YAZ