Azərbaycan İslam Həmrəyliyi Oyunları Əməliyyat Komitəsi və BP Şirkətinin birgə tərəfdaşlığı ilə “Uğurlu gələcək” Könüllülərin İnkişaf Proqramınının II təliminə – “Təsirli Nitqin 4 sirri” təliminə qeydiyyat artıq başlandı.

Nitqinizin gözəlliyini artırmaq həyatınıza inanılmaz uğur gətirə bilər. Bu günün könüllüsü sabahın gənc mütəxəssisidir. Güclü danışıq qabiliyyəti Sizin peşəkar inkişafınız üçün çox önəmlidir. Bu interaktiv təlim iştirakçılara qrup qarşısında qısa nitq söyləməyin əsas prinsiplərini öyrətmək, bu bilikləri təcrübədə tətbiq etmək və gələcəkdə daha da mükəmməlləşdirmək yollarını göstərəcək. Əgər Siz şəxsi inkişafınızı vacib tutursunuzsa, o zaman bu təlim Sizin üçün ən doğru seçimdir.

Təlimin birinci hissəsi beynəlxalq səviyyəli biznes təlimçisi Rəşad Bayramov tərəfindən keçiriləcək. Təlimçi olmaqla yanaşı, Rəşad Bayramov həmçinin BP Azərbaycan şirkətinin xarici işlər şöbəsinin rəhbəri vəzifəsində çalışır. Onun natiqlik sənəti, təsirli ünsiyyət, və vaxtdan səmərəli istifadə təlimləri həm ölkəmizdə, həm də ölkə xaricində bir çox iri şirkətlərə, dövlət qurumlarına və universitetlərə təqdim edilib.

Təlimin ikinci hissəsinin qonağı isə tanınmış teleaparıcı və ASAN Radionun direktoru Emin Musəvidir. Emin Musəvi sizlərlə təcrübəyə əsaslanan biliklərini bölüşəcək, bu sahədə maraqlandığınız sualları cavablandıraraq tövsiyələrini verəcək.

Təlimə müraciət üçün şərtlər və qaydalar:

• Bakı 2017 Könüllüləri aşağıdakı keçidə daxil olaraq qeydiyyatdan keçə bilərlər;

www.goo.gl/P2czwf

• Qeydiyyatdan keçən ilk 400 nəfər təlimdə iştirak imkanı əldə edəcək;
• Təlimin sonunda könüllülər iştiraka görə sertifikatla təltif olunacaq;
• 22 fevral 2017-ci il tarixi təlimə müraciət etmək üçün son gündür.

Təlimin vaxtı: 25 fevral 10:30
Məkan: Könüllülər Mərkəzi (Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası)

ŞƏRH YAZ