Dizaynla bağlı tövsiyyə edilə biləcək bir neçə kitab. Əgər sizin də oxuyub və məsləhət gördükləriniz varsa bölüşün. 🙂 

1) Logo Design Love — David Airey (Книга “Логотип и фирменный стиль)

Kitabda təkcə loqotip dizaynı barəsində deyil, ümumiyyətlə dizaynın keçdiyi mərhələlər, ideya axtarışı, müştərilərlə münasibət və s. kimi mövzular var. Çox maraqlı kitabdır.

2) Steal Like An Artist, a book by Austin Kleon (Кради как художник – Остин Клеон)

Kitabda yaradıcılıq barəsində maraqlı, ilhamlandırıcı, praktik 10 mövzu var. Dünyada yaradıcılıqla bağlı çox oxunan kitabladan biridir. İdeyaların necə əmələ gəlməsindən, motivasiyadan və s. bəhs edir.

3) Мария Кумова — Айдентика

Kitab məhz brendsevərlər üçündür. Şirkət üslubu barəsində real layihələr əsasında onların hazırlanma prosesi, branding & identity-nin incəliklərindən bəhs edir. Çox yararlı kitabdır.

4) Brutal Simplicity of Thought — Maurice Saatchi (Морис Саатчи, Дерзкая простота мысли)

Qlobal reklam agentiliyi olan Saatchi & Saatchi-nin yaradıcılarından biri Morisin ideyaların sadəliyi haqqında yazdığı kitab. Həmin reklam agentliyində bütün işçilərin stolüstü kitabıdır. Birdəfəyə rahat oxunan kitabdır.

5) John Edson — Design Like Apple (Уроки дизайна от Apple – Джон Эдсон)

Bu kitab əsasən Apple məhsularının necə unikal olmasından bəhs edərək, bir çox digər sənaye məhsulları dizaynını da nümunə gətirir. İş prosesi, uğurlu dizaynla məhsul satışının artması, dizayn problemlərin həlli və s. kimi şeylərdən bəhs edir.

6) Show Your Work — Austin Kleon (Покажи свою работу – Остин Клеон)

Ostin Kleonun digər kitabı kimi bu da yaradıcı insanlar və sahibkarlar üçün motivasiya mənbəyidir. Əhvala pozitiv təsir edən, işində cəsur olmaq, açıq olmaq, produktiv olmaq və uğuru tapmaq kimi maraqlı mövzulardan bəhs edir. İlhamlandırıcıdır, mütləq tövsiyyə edirəm.

#gdaz #azedesign #books #design

ŞƏRH YAZ